Hava limanında dollar satışı tam dayandırıldı
Hava limanında dollar satışı tam dayandırıldı
02 Sentyabr 2016 / 15:33 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bank Silk Vey” dollar satışını tamamilə dayandırıb.

Bankdan fins.az.a-a verilən məlumata görə, sentyabr ayının 1-nə kimi adi müştərilərə dollar satışı olmasa da, hava limanında xaricə səfər edənlər üçün dollar satışı həyata keçirilirdi. Uçuş bileti olanlara limitlə 300 dollar satılırdı. O cümlədən, eyni məbləğdə bankdan avro da almaq mümkün idi. Sentyabr ayının 2-dən etibarən isə xaricə getmək istəyənlər üçün də satış dayandırılıb. Amma bankdan bunun səbəbi açıqlanmır.

Qeyd edək ki, bankın sentyabr ayının 2-nə dollar üzrə alış qiyməti 1.6360 manat, satış üzrə qiyməti isə 1.7016 manatdır. Avronun alış məzənnəsi 1.8320 manat, satışı isə 1.9060 manat təşkil edir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə