Hava limanına dəmir yolu xətti çəkiləcək
Hava limanına dəmir yolu xətti çəkiləcək
26 Sentyabr 2016 / 16:43 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bakı Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi layihəsi üzərində iş gedir”. 

Bu sözləri jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, “Bu layihənin işlənib-hazırlanması ilə bağlı tapşırıq verilib. Hazırda layihə üzərində iş gedir”
Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalı ilə aeroportu birləşdirəcək dəmir yolu xəttinin uzunluğunun 25 km olması nəzərdə tutulub. İlkin plana əsasən, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin “Koroğlu” stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində hava limanına qədər hərəkət edəcək.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə