Haker Guccifer 2.0 yenə Demokratlar partiyasının sənədlərini yayıb…
Haker Guccifer 2.0 yenə Demokratlar partiyasının sənədlərini yayıb…
16 Avqust 2016 / 12:48 / Baxış sayı: 546
Font1 Font2 Font3 Font4
Bizimxeber
Hakerlər ABŞ-ın Demokrat partiyasının sənədlərini sayta yerləşdiriblər.
Bizimxeber.az saytı xarici mətbuata istinadən bildirir ki, sənədlərdə partiyanın  seçki kompaniyasında strategiyası haqqında məlumat verilib.
Haker Guccifer 2.0 ABŞ Demokratlar partiyasının konqressə seçkilər zamanı oğurlanmış sənədləri dərc edib.
” Komitetin konqresə seçkilər zamanı Floridaya aid olan sənədlər -materiallar, qeydlər, brifinq dosyeləri və digər sənədlər olub. Siz kimə səs verəcəyinizə baxa bilərsiniz. Deyəsən, koqressə ilkin səsvermə də  saxtalaşır”, – bu haqda məlumat verən amerika nəşri Politico hakerin sözlərindən sitat gətirib.
Söhbət Florida ştatı ətrafında keçirilmiş seçki kompaniyasına aid sənədlərdən gedir. Misal üçün sənədlərin biri demokratların afroamerikalıların dəstəyini cəlb etmək üçün verdikləri qəbul haqqındadır.
Daha əvvəl haker Guccifer 2.0 öz şəxsi saytında ABŞ Demokrat partiyasının üzvlərinin ünvan və telefon nömrələrini dərc etmişdi. Hakerin öz verdiyi məlumata görə isə bu məlumatları əldə etmək elə də çətin olmamışdı.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə