Hadisə yerindən qaçan sürücü həbs edilmişdir
Hadisə yerindən qaçan sürücü həbs edilmişdir
04 Noyabr 2016 / 19:37 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına prokurorluğun mətbuat xdmətindən verilən məlumata görə, Abşeron rayon polis şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulmuşdur.

Belə ki, 26 sentyabr 2016-ci il tarixdə, saat 21 radələrində naməlum sürücü idarə etdiyi QAZ-31029 markalı, 10-XH-453 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada – Əliyeva Elnarə Əlisəttar qızını vuraraq hadisə yerindən qaçması və sonuncunun çoxsaylı bədən xəsarətləri alması faktlarına görə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin 1979-cu il təvəllüdlü, Sumqayıt şəhər sakini Quliyev Ramin Bahadur oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunmuşdur.

R.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə