Hadisə 250 min avro təzminat ödəyəcək
Hadisə 250 min avro təzminat ödəyəcək
18 Oktyabr 2016 / 11:08 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4
Bizimxeber

Tanınmış Türk müğənnisi Hadisənin 250 min avro təzminat ödəyəcəyi iddia edilir.Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənnin bu qədər məbləğ ödəməsinə səbəb isə bacıları Derya və Hülya Açıkgözdür.

Məlumatda deyilir ki, Hadisə bacılarının ucbatından “Trendyol” markasının sahibi DSM qrup ilə 4 il əvvəl imzaladığı 500 min avroluq reklam müqaviləsinin şərtlərini pozub.

Müqavilədə müğənnin 1 il heç bir moda və elektron-ticarət markasına aid reklamda iştirak edə bilməməsi şərti qeyd edilib. D. Açıkgöz isə digər rəqib markaların paltarlarını bacısına geyindirərək fotolar paylaşıb. Eyni zamanda H.Açıkgöz Hadisənin ləl-cəvahirat firmalarından birində olduğu zaman bu olayı sosial şəbəkələrdə paylaşıb.

Müğənni isə müqavilənin heç bir şərtini pozmadığını deyib: “Təqdimatda bacım mənim adımdan istifadə edərək heç bir qazanc əldə etməyib. Şəkilləri isə yalnız öz qrupumuzda paylaşdıq. Bacımın mənə geyindirdiyi paltarlar ya hədiyyədir, ya da özümüz almışıq”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə