Hadı Rəcəblinin polisə ifadə verib? – RƏSMİ AÇIQLAMA
Hadı Rəcəblinin polisə ifadə verib? – RƏSMİ AÇIQLAMA
08 Noyabr 2016 / 17:56 / Baxış sayı: 368
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir neçə gündür bir çox saytlarda internet portallarında Milli Məclisin deputatı, Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin dələduzluqda ittiham edilən gəlini Zərifə Beruzova ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə gedərək ifadə verməsi ilə bağlı məlumatlar yayılıb.

Qaynarinfo.Az bizimyol-a istinadən bildirir ki, yayılan məlumatda Hadı Rəcəblinin polis idarəsində gəlininə zamin duraraq borclu olduğu pulun tez bir zamanda yiyəsinə qaytarılmasına dair zəmanət verdiyi bildirilib.

Baş verən olayla bağlı bizimyol.info saytının əməkdaşı Hadı Rəcəbli ilə əlaqə saxlasa da, o, bu barədə danışmaq istəmədiyini, DİN-lə əlaqə saxlamağı xahiş edib. Məsələ ilə bağlı  açıqlama verən DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov məlumatın yalan olduğunu bildirib.

“Milli Məclisin deputatı Hadı Rəcəblinin Suraxanı Rayon Polis İdarəsinə çağrılaraq ondan ifadə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Bu başdan-ayağa yalan, uydurma məlumatdır. Hörmətli millət vəkili heç bir polis idarəsinə çağrılmayıb. Ondan ifadə alınması və hansısa vətəndaşa polis idarəsində zaminlik verməsi xəbəri tamamən yalandır. DİN jurnalistlərə müraciət edərək belə məlumatlar yayarkən hər bir KİV nümayəndəsini diqqətli olmağa cağırır.”

Qeyd edək ki, bir neçə gün əvvəl bir sıra saytlar



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə