Hacıqabulda 42 yaşlı qadın intihar edib
Hacıqabulda 42 yaşlı qadın intihar edib
02 Noyabr 2016 / 10:58 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hacıqabul rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonunun Qarasu kəndində qeydə alınıb. Kənd sakini 1974-cü il təvəllüdlü Nəcəfova Nərgiz Fərəməz qızı bu gün səhər saatlarında yaşadığı evdə özünü asıb.

İntiharın səbəbi hələlik bəlli deyil.

Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə