Hacıbala Abutalıbovun hansı biznesi əlindən alındı?
Hacıbala Abutalıbovun hansı biznesi əlindən alındı?
18 Noyabr 2016 / 17:15 / Baxış sayı: 1612
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nəzarətində olan parkinqlər özəlləşdirilməyə çıxarılır. Bununla da paytaxt meri Hacıbala Abutalıbov ciddi gəlir qaynaqlarından birini itirir.  Artıq iki iri yeraltı dayanacaq özəlləşdirməyə çıxarılıb. 

Bunlardan biri “Azadlıq” meydanındakı, digəri isə Füzuli küçəsindəki (Qış bağının altındakı) yeraltı avtomobil dayanacaqlarıdır. Nazirlər Kabinetinin qərarına görə, bu dayanacaqların özəl idarəetməyə verilməsi nəzərdə tutulub. Hər iki kifayət qədər gəlirli parkinq məhz BŞİH-in nəzdində fəaliyyət göstərir.

Hacıbala Abutalıbovun himayəsindəki digər parkinqlərin də ondan alınması və özəlləşdirilməyə çıxarılması gündəmdədir. Sphbət yalnız yeraltı deyil, yerüstü avtomobil duracaqlarının da özəl idarəetməyə verilməsindən gedir.“İki il əvvəl – 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncamda deyilirdi ki, paytaxtın küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq meriyanınsəlahiyyətlərinə aiddir.

Bu isə ictimai rəydə haqlı olaraq, Abutalıbovun parkinq biznesini monopoliyaya alması kimi dəyərləndirilmişdi. Bakının iki böyük yeraltı dayanacağının özəlləşdirilməyə çıxarılması parkinq biznesinin paytaxt merinin əlindən alınacağının anonsuidur”, – deyə saytımıza daxil olan məlumatda bildirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə