Hacıbala Abutalıbov Mikayıl Cabbarova qalib gəldi – bir savaşın gözlənilməz sonu…
Hacıbala Abutalıbov Mikayıl Cabbarova qalib gəldi – bir savaşın gözlənilməz sonu…
19 Oktyabr 2016 / 18:58 / Baxış sayı: 1152
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda fəaliyyət göstərən uşaq baxçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması barədə təklif qəbul edilməyib. Bu barədə Qaynarinfo.Az-a hökumətə yaxın mənbədən məlum olub. 

Qaynağıımızın bildirdiyinə görə, uşaq baxçaları bundan sonra da icra hakimiyyəti orqanlarının nəzarətində qalacaq. Xatırladaq ki, uşaq baxçaları Təhsil Nazirliyinin nəzarətindən 2011-ci ildə çıxarılmışdı.
Əldə etdiyimiz məlumatda bildirilir ki, bundan iki il  sonra Mikayıl Cabbarov təhsil naziri təyin edilib. “Cabbarovun yeni vəzifəsində ilk niyyətlərindən biri uşaq baxçalarının yenidən Təhsil Nazirliyinin balansına qaytarmaq olub. Ümumiyyətlə, bu məsələdə hökumət daxilində kifayət qədər fikir ayrılığı var. Bir sıra millət vəkilləri, təhsil ekspertləri son bir ildə daha aktiv şəkildə uşaq baxçalarının icra hakimiyyətlərindən alınması təklifini irəli sürürlər. Hətta Ombudsmanın son hesabatında da bu təklif açıq şəkildə səsləndirilmişdi”, – deyə başqa bir məlumatlı mənbədən saytımıza daxil olan informasiyada qeyd olunur.
“Fakt budur ki, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH – red.) başçısı Hacıbala Abutalıbovla təhsil naziri Mikayıl Cabbarov arasında uzun müddətdir uşaq baxçaları ilə bağlı ciddi mübarizə gedirdi. Paytaxt meri Bakıdakı uşaq baxçalarını əlində saxlamaq üçün var gücü ilə dirəşir”, – deyə mənbəmiz əlavə edib.
Hökumətə yaxın qaynağın deməsindən isə belə məlum olur ki, sözügedən savaş Bakı merinin qələbəsi, təhsil nazirinin isə məğlubiyyəti ilə yekunlaşıb. Uşaq baxçalarının icra hakimiyyətlərinin tabeliyində qalmasının daha doğru ola biləcəyi yönündə hökumət içində verilən qərarı başqa cür dəyərləndirmək mümkün deyil.
Bu məlum mübarizənin həm də gözlənilməz sonluqla bitməsini söyləmək üçün əsas yaradır. Çünki son bir ildə hakimiyyətə yaxın çox sayda şəxsin uşaq baxçalarının icra hakimiyyətlərinin nəzarətindən çıxarılması yönündə təklifi dəstəkləməsi Mikayıl Cabbarovun çoxdankı arzusunu reallaşdırmaq üzrə olduğu görüntüsü yaradırdı. Amma proses fərqli nəticələndi.
Onu da deyək ki, uşaq baxçalarının istər Təhsil Nazirliyinin, istərsə də icra hakimiyyəti orqanlarının tabeliyində olmasını doğru saymayanlar da var. Onların fikrincə, baxçaları idarə etmək üçün dövlət tərəfindən xüsusi struktur  yaradılmalıdır. “Çünki onlar sosial əhəmiyyət daşıyan obyektlərdir. Baxçalar icra hakimiyyəti orqanlarına verildikdən sonra, orada uşaqların  təhsilinə nəzarət olunmur, yalnız qida ilə təmin edilirlər. Baxçalar Təhsil Nazirliyinin tabeliyində olarkən də problemlər kifayət qədər idi və həlli istiqamətində addıçmlar atılmırdı. Bütün bunları nəzərə aldıqda, uşaqların məktəbəqədər təhsilinin kamilləşdirilməsi üçün yeni strukturun yaradılması vacibdir”, – deyə bəzi mütəxəssislər vurğulayırlar.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə