Hərbi xidmət əlilinə Azərbaycan klubunda iş verildi
Hərbi xidmət əlilinə Azərbaycan klubunda iş verildi
05 Sentyabr 2016 / 14:51 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sosial şəbəkələrdə “Neftçi”nin azarkeşi kimi tanınan Xanbaba Daşdi işlə təmin olunmasıyla bağlı ölkə klublarına müraciət etmişdi. Hərbi xidmət əlili olan azarkeş sosial şəbəkədəki hesabında “Neftçi” və “Zirə” klublarına müraciət etdiyini, ancaq heç bir cavab almadığını bildirmişdi.

Qaynarinfo.az xəbər verir ki, azarkeşin müraciətinə Premyer Liqa klubları yox, I divizion təmsilçisi “Şahdağ” cavab verib. Belə ki, Daşdi Qusar təmsilçisinin mətbuat xidmətinin rəhbəri təyin olunub.

Xatırladaq ki, “Şahdağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Rüstəm Əzimov bir müddət öncə klubun vitse-prezidenti təyin edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə