Hərbi vəziyyətin müddəti 72 saatdan 48 saata niyə endirilir? – ŞƏRH
Hərbi vəziyyətin müddəti 72 saatdan 48 saata niyə endirilir? – ŞƏRH
08 Noyabr 2016 / 13:10 / Baxış sayı: 570
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiyimiz kimi, Milli Məclis bundan sonra hərbi vəziyyəti  72 saata yox, 48 saata elan edəcək. Bu barədə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, yeni qanun layihsi parlamentin müvfiq komitəsində müzakirəyə çıxarılacaq.

Bəs parlament tərəfindən hərbi vəziyyətin elan olunması müddətinin 3 sutkadan 2 sutkaya endirilməsinin səbəbi nədir? Bununla bağlıQaynarinfo.Az-a danışan hərbi ekspert Üzeyir Cəfərlibildirib ki, hazırda qüvvədə olan Hərbi Vəziyyət haqqında qanun 1994-cü ildə qəbul olunub və artıq köhnəlib:

“Çünki o vaxtın tələbləri bir qədər fərqli idi. İndi XXI əsrdir və dövrün öz tələbləri var. Qanun layihəsinin yenidən işlənməyə və müasir tələblərə cavab verən hala gətirməyə ehtiyac var. O vaxtın normativləri fərqli idi, bu günün normativləri isə fərqlidir. Müddətin qısaldılmasına gəlincə, hər ölkə hərbi vəziyyət elan etmək üçün konkret müddəti müəyyənləşdirir. Böyük ölkələrdə müddət uzun olur. Məsələn, Rusiya kimi dövlət 48 saata hərbi vəziyyətə gələ bilməz. Amma Azərbaycan kimi ölkə üçün 48 saat normal müddətdir. Çünki Gürcüstandan hərəkətə başlasaq, 6 saat ərzində Samur-Dəvəçi istiqamətində Rusiya ərazisinə keçə bilərik. Yəni bunlar konkret zamanla uyğunlaşdırılır”.

Ekspertin sözlərinə görə, yaxın günlərdə Azərbaycanda keçriləcək hərbi təlimlərlə əlaqədar hərbi vəziyyətin bəzi elementləri praktikada tətbiq olunacaq:

“Buna hər kəs hazır olmalıdır. Çünki qanun təkcə sənəd üzərində deyil, praktiki olaraq yoxlamadan keçrilir ki, hansı iş hansı müddətə görülə bilər.

Hərbi vəziyyət elan olunarkən hər kəs hansı işi görəcəyini bilməlidir. Məsələn, sahibkarların hansı işləri görməli olduğuna, texnikaların hansı məqsədlər üçün təyin olunmasına, mülki həyatda müəyyən vəzifələr yerinə yetirən idarə və müəssilərin hərbi vəziyyətin tələbinə uyğun fəaliyyətinə və s. məsələlərə baxılacaq. 1994-cü ildə qanun qəbul edilərkən bəzi şəxslər adlarını brona saldırıblar. Həmin brona yenidən baxılacaq. Kimlər aparılacaq və ya kimlər arxa cəbhədə qalacaq kimi məqamlar yenidən dəyərləndiriləcək.

Bu qanunun ləyihəsinin yenidən işlənməsinə ehtiyac var idi. Çünki dünyada bir sıra prosseslər gedir. Azərbaycan da bu prosseslərdən kənarda qala bilməz. Bu qanun layihəsində hərbi vəziyyət zamanı Müdafiə Sənayesi Nazirliyinin, Müdafiə Nazirliyinin, hətta Kənt Təsərrüfatı Nazirliyinin və başqa dövlət qurumlarının üzərinə düşən vəzifələr aydın şəkildə qeyd olunur. Yəni çox böyük həcmli sənəddir. Bu ləyihənin üzərində təkcə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi deyil, bütün güc strukturları işləyib və öz rəyini verib”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə