Hərbi hissələrin psixoloqlarını Müdafiə Nazirliyinə çağırdılar SƏBƏB?
Hərbi hissələrin psixoloqlarını Müdafiə Nazirliyinə çağırdılar SƏBƏB?
27 İyul 2016 / 20:13 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Bizimxeber.az nazirliyin saytına istinadən bildirir ki, toplantıda “Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması”, “Kollektivin psixoloji durumuna təsir edən amillər”, “Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu” və digər mövzular üzrə mühazirələr dinlənilib.

Tədbirdə aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə