“Hər şey yaxşıdır, narahat olmayın” – Dilqəm məktub göndərdi
“Hər şey yaxşıdır, narahat olmayın” – Dilqəm məktub göndərdi
09 Noyabr 2016 / 12:07 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Bizimxeber

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə AzVision.az-a girovun qardaşı oğlu Mövlud Musayev məlumat verib.

“Əmim məktubda yazıb ki, hər şey yaxşıdır, narahat olmayın. Biz ona qış paltarı göndərmək istəyirdik, əmim məktubda isti paltarlarının olduğunu, səhhətinin qaydasında olduğunu yazıb. Əmim hamıya salam söyləyib”, -deyə Mövlud Musayev vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə