Həmsədrlər dövlət başçılarının razılığını gözləyir
Həmsədrlər dövlət başçılarının  razılığını gözləyir
04 Oktyabr 2016 / 14:18 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4
Bizimxeber

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Həmsədrin sözlərinə görə, hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib.

C.Uorlik qeyd edib ki, həmsədrlər Nyu-Yorkda BMT Baş Assambleyasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirdi: “Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, eləcə də gələcək addımlar müzakirə olunub. Ayın sonunda regiona səfərimiz zamanı tərəflərlə görüş keçirməyi və məsələləri müzakirə etməyi planlaşdırırıq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə