Həmin rəy siyasi sifarişlidir” – Azərbaycandan etiraz
Həmin rəy siyasi sifarişlidir” – Azərbaycandan etiraz
21 Sentyabr 2016 / 18:25 / Baxış sayı: 670
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Venesiya Komissiyasının rəyi Azərbaycan Konstitusiyasındakı 159-cu maddəyə əsaslanıb. Azərbaycan Konstitusiyasında isə 159-cu maddə yoxdur”. Bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

O bildirib ki, vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir: “Onların iradları hansı demokratik standartlara əsaslanır? Belə bir şey yoxdur. Hamı ABŞ-ı demokratik ölkə kimi tanıyır. Bu ölkədə vitse-prezidentlik institutu var. Onları heç kim anti-demokratik adlandırmır”.

PA-nın şöbə müdiri xatırladıb ki, Nazirlər Kabinetinin ishalatların önündə getməməsi ilə bağlı yazılar dərc olunub: “Nazirlər Kabinetinin institusional quruluşu bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Yəni, islahatlarla bağlı çevik funksiyasını tam başa çatdıra bilmir”.

O deyib ki, Venesiya Komissiyası rəyində heç bir ölkənin təcrübəsinə əsaslanmır: “Referenduma çıxarılan layihələr Konstitusiyaya uyğunlaşdırılıb. Komissiyanın rəyində prezidentin səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var. Hər 5 ilin 3 ilini Azərbaycan seçki qızdırması şəraitində yaşayır. Bu vəziyyətdə çıxış yolu prezidentin səlahiyyət müddətinin 7 ilə uzadılmasıdır. Burada prezidentin səlahiyyətinin təşkilindən söhbət gedir. Yəni, burada prezidentə əlavə səlahiyyətlər verilmir. Əsas icraedici orqanın işini təşkil etməkdir, dəyişikliklər də buna görədir”.

Şöbə müdirinin sözlərinə görə, sözügedən rəy Azərbaycana qarşı bir sifarişdir və bu sifariş AŞPA-da oturan deputatlardan gəlir: “Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır. Bizimlə heç kim əlaqə saxlamayıb, nə zəng, nə də rəsmi müraciət edilib. Ancaq onlar bizə imkan verməli idi ki, biz o rəylə tanış olaq”.

***17:12

Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri Şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsinə münasibət bildirib. Ş.Əliyev keçidiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib.

O deyib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: “Yadıma gəlmir ki, Venesiya Komissiya bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Cəmi iki həftə müddətində baş verib”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə