Hələbdə iri hərbi əməliyyat başladı
Hələbdə iri hərbi əməliyyat başladı
28 Oktyabr 2016 / 16:59 / Baxış sayı: 1038
Font1 Font2 Font3 Font4
Bizimxeber

Suriyanın müxalif qüvvələri Hələbdə rejimin mühasirəsini qırmaq üçün iri hərbi əməliyyata başladı.

 Müxalif qüvvələr Hələbin şəhər mərkəzinin şərqində Bəşər Əsəd rejimini və onun dəstəkçilərinin mühasirəsini qırmaq üçün iri çaplı grad və fil tipli raketlərdən istifadə edərək şiddətli hücuma keçiblər.
Bizimxeber.az saytı Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum çox sayda müxalif qruplaşmanı cəmləşdirən Hələb Azadlıq Ordusu tərəfindən həyata keçirilir.
Suriyanın qərbində bölgə müxbirliyi edən Abdumunim Ezzinin açıqlamasına görə, “Bu əməliyyat , iştirak edən döyüşçülərin sayına və həcminə görə Hələblə bağlı ən böyük döyüş hesab olunur. Hədəf , Hələbin mühasirəsini qırıb İran və Rusiyaya meydan oxumaqdır. Bütün döyüşçülərin əhval-ruhiyyəsi yüksəkdir. Hələb mühasirəsini qırana qədər mübarizəni davam etməyə qərar verilib” .

Hələb Azadlıq Ordusu şəhər mərkəzinin şərqində rejim tərəfindən mühasirədə qalan qərb bölgələrinə hücuma davam edirlər.

Müxalif qruplar sosial media hesabları ilə verdikləri açıqlamalarında Dahiyyetül Əsəd bölgəsində yerləşən karton fabriki və daşqırma fabrikini ələ keçirdiklərini bildirərək müdafiə xəttini yardıqlarını bəyan ediblər.

Müxalif ordusunun şəhər mərkəzinin şərqində olan mühasirəni qırmaq üçün 3 həftədir böyük əməliyyata hazırlaşdıqları məlum idi. 

Onlar Əsəd güclərini ağır silahlarla vurmağa başlayıblar.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə