Həkim uşağı göydə tutdu-Sumqayıtda
Həkim uşağı göydə tutdu-Sumqayıtda
25 Avqust 2016 / 20:06 / Baxış sayı: 874
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün günorta saatlarında Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasınınn həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən az yaşlı uşağın yıxıldığını görür və özünü itirmədən onu göydə tutmağa müvəffəq olur. 

Güclü zərbədən qadın yerə yıxılsa da, nə o, nə də ki, uşaq ciddi zədə almayıb. Həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb. Bu barədə məlumat verən həkim Nazilə Gültacın sözlərinə görə, 4 yaşlı Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o özünü normal hiss edir. //manevr.az

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə