Həbsxanada qiyam – 100 nəfər miqrant qaçdı (Video)
Həbsxanada qiyam – 100 nəfər miqrant qaçdı (Video)
20 Noyabr 2016 / 11:50 / Baxış sayı: 1430
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin İstanbul şəhərində yerləşən təcridxanada qiyam olub.

 Bizimxeber.az “Sabah.com.tr”-yə istinadən xəbər verir ki, qiyam miqrantlar tərəfindən törədilib.

Etiraz edən miqrantlar təcridxana binasını yandırıb, daha sonra qapıları sındıraraq qaçıblar. Hadisə yerinə gələn polis onların qarşısını ala bilməyib.

Ən son məlumatlara görə, qiyam nəticəsində 100-ə yaxın miqrant təcridxanadan qaçıb.

Hazırda onların axtarışları davam edir. Hadisə yerinə yanğın söndürən briqadalar cəlb olunub, polis səfərbər edilib. Yanğın zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qiyamla bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə