Həbsdən çıxmaq üçün ana oldu – Azərbaycanda növbəti mövzu…
Həbsdən çıxmaq üçün ana oldu – Azərbaycanda növbəti mövzu…
28 Sentyabr 2016 / 15:18 / Baxış sayı: 1066
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başlayıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E. Cəfərova bildirib ki, iki il öncə həbs edilərkən hamilə olub. 

O, həbsxanada uşaq dünyaya gətirdiyini və uşağa baxmaq üçün barəsində olan cinayətinə xitam verilməsini istəyib: “Qızım 1 yaş 8 aylıqdır. Sizdən xahiş edirəm ki, vəziyyətimi nəzərə alaraq, körpənin qayğısına qalmaq üçün məni həbsdən azad edəsiniz”. Məhkəmə baxışı sentyabrın 30-na təyin edilib.
Xatırladaq ki, E. Cəfərova 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə