Həbsdəki jurnalistə qarşı 3 ittiham irəli sürüldü
Həbsdəki jurnalistə qarşı 3 ittiham irəli sürüldü
19 Oktyabr 2016 / 17:33 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4
Bizimxeber
İyulun 3-də saxlanılan JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğluna qarşı yeni maddələrlə ittiham irəli sürülüb. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, F.Fərəməzoğluna Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) və 182.2.4-cü ( Hədə-qorxu ilə tələb etmə; zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yeni ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, F.Fərəməzoğlu müəyyən obyeklərin əxlaqsızlıq yuvası olması barədə məlumatlar yaymaqda və obyekt sahiblərindən şantaj yolu ilə pul tələb etməkdə ittiham edilir.

F.Fərəməzoğlu isə ittihamı qəbul etmir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə