Həbsdə olan “Sasna tsrer” qrupunun üzvləri üsyan çağırışı edib
Həbsdə olan “Sasna tsrer” qrupunun üzvləri  üsyan çağırışı edib
23 Noyabr 2016 / 14:02 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Sasna tsrer” qrupunun həbsdə olan üzvləri bəyanatla çıxış edərək Ermənistan əhalisini vətəndaş itaətsizliyinə çağırıb.

Bu ilin iyulunda Yerevanda silahlı qiyam qaldıran bu hökumətyönlü qrupun üzvləri sonradan hakimiyyətə təslim olublar və həbs ediliblər.

“Xaricdəki soydaşlarımı Sarqsyanı Ermənistanın rəhbəri kimi qəbul etməyə və xalqı aldadan müxalifətə ümid bəsləməyə son qoymağa, bunun əvəzində maddi-texniki yardım göstərməyə və üsyanın həyata keçirilməsində geniş iştiraka çağırırıq.

Həmçinin azadlıqda olan döyüşçü-xilasedicilərə müraciət edərək onları fikir ayrılığını kənara qoymağa və yeni respublikanın yaradılması ətrafında birləşməyə çağırırıq”, – bəyanatda vurğulanır.

Noyabrın 1-də “Sasna tsrer” qrupunun yol xəritəsi təqdim olunub. Xəritədə qarşıya aşağıdakı vəzifələr qoyulur: korrupsiyanın aradan qaldırılması və legitim hakimyyətin qururlması, Dağlıq Qarabağın tanınması və yeni dövlətin qurulması. Bu, iki mərhələdə mümkündür: vətəndaş itaətsizliyi vasitəsilə hakimiyyət dəyişikliyi və ikiillik keçid dövrünün müəyyən edilməsi.

Xatırladaq ki, bu il iyulun 17-də “Sasna tsrer” qrupu Yerevanda post-patrul xidmətinin binasını tutaraq həbsdə olan lideri Jirayr Sefilyanın azadlığa buraxılmasını və hakimiyyətin istefasını tələb edib.

Qrupun hərəkəti əhali tərəfindən dəstəklənib və çoxminlik nümayişlər keçirilib.

Bina iyulun 31-də azad edilib, qrupun 31 üzvü həbs edilib. Atışma zamanı üç polis işçisi həlak olub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə