Gürcüstanın sabiq müdafiə nazirinə – Silahlı basqın
Gürcüstanın sabiq müdafiə nazirinə – Silahlı basqın
02 Oktyabr 2016 / 21:28 / Baxış sayı: 896
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gürcüstanda naməlum şəxslər majoritar deputatlığa namizəd, sabiq müdafiə naziri İrakli Okruaşviliyə silahlı hücum ediblər.

Bu barədə “İnterfaks”a istinadən xəbər verilir.

İlkin məlumatlara əsasən, hücum nəticəsində Okruaşvilinin keşikçisi və “Gürcü partiyası”nın fəallarından biri yaralanıb. Onların həyatı təhlükə altında deyil.

Okruaşvilinin sözlərinə görə, hücum edənlər iki nəfər olub. Onlar tapança ilə silahlanmışdılar.

Gürcüstan DİN-i hələ rəsmi şərh verməyib.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə