Gürcüstanda yeni hökumətə azərbaycanlılar buraxılmadı
Gürcüstanda yeni hökumətə azərbaycanlılar buraxılmadı
28 Noyabr 2016 / 22:27 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gürcüstanda soydaşlarımıza qarşı rəsmi ayrı-seçkilik – Yeni hökumətdə azərbaycanlı yoxdur
Gürcüstan parlamenti səs çoxluğu ilə Giorgi Kvirikaşvilinin hökumətinə və hökumət proqramına etimad elan edib.
Yeni tərkibin təsdiqinə 110 nəfər – lehinə, 19 nəfər – əleyhinə səs verilib.
Diaspora işləri üzrə nazirlik ləğv edilib. Bu struktur Gürcüstanın xarici işlər nazirliyinin tərkibinə daxil olub.
Dimitri Kumsişvili – maliyyə naziri, baş nazirin birinci müavini, Kaxa Kaladze – energetika naziri, baş nazirin müavini, Qiorqi Qaxaria – iqtisadiyyat naziri, Zurab Alavidze – regional inkişaf və infrastruktur naziri, Viktor Dolidze – Avropa və Avro-Atlantik məkana inteqrasiya məsələləri üzrə Dövlət naziri vəzifəsinə təyin olunub.
Hökumətin yeni tərkibində 1 nəfər də olsun azərbaycanlı yoxdur.
Qeyd edək ki, Gürcüstandakı azərbaycanlıların sayı 300 mindən çoxdur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə