Gürcüstanda Roma Papasının səfərinə qarşı etiraz aksiyası
Gürcüstanda Roma Papasının səfərinə qarşı etiraz aksiyası
30 Sentyabr 2016 / 15:56 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4
Bizimxeber

Roma Papası Fransiskin Gürcüstana səfəri başlayıb.

Gürcüstan KİV-i xəbər verir ki, onu Tbilis beynəlxalq hava limanında ölkə prezidenti Giorgi Marqvelaşvili qarşılayıb.

Məlumata görə, xristian dininin təmsilçilərindən ibarət 20-30 nəfərlik qrup hava limanı yaxınlığında Roma Papasının səfərinə etiraz olaraq aksiya keçirib. Onlar “Vatikan dini təcavüzkardır!”, “Papa – arxiyeretik, pravoslav Gürcüstan səni istəmir!” kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Hava limanındakı rəsmi qarşılanma mərasimindən sonra Fransisk Prezident sarayına gedəcək və Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə danışıqlar aparacaq.

Bundan sonra Papa və prezident Prezident Sarayının həyətində hökumət, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələrinə müraciət edəcək.

Oktyabrın 1-də Papa Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirəcək. Liturgiyadan sonra Müqəddəs Ata Gürcüstandakı katolik kilsənin keşişləri və xidmətçiləri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında dini lider Tbilisidən Bakıya gələcək. Onun Azərbaycana səfəri Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində dini ayinlə (messa) başlayacaq.

Ardından pontifikin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Şəhidlər Xiyabanına getməsi, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşləri planlaşdırılır.

Elə həmin gün axşam Fransisk Vatikana qayıdacaq.(“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə