Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Gürcüstana qanunsuz yolla keçmək istəyən 8 nəfər saxlanıldı – Foto

830 oxunma | Tarix: | 1 həftə öncə

Noyabrın 3-də saat 00:20 radələrində Ağstafa rayonu ya­xın­lığında yerləşən “Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən daxil olan məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il tə­vəl­lüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğ­lu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il tə­vəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mə­di­nə Aslan qızı, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rə­sul qızı olmaları müəyyən edilib.

XƏBƏRLƏR:  Xose ilə qardaşının bıçaqlanması ilə bağlı Nazirlikdən - Açıqlama

Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir