Gürcüstana 3 milyondan çox pul keçirmək istəyən azərbaycanlı tutuldu
Gürcüstana 3 milyondan çox pul keçirmək istəyən azərbaycanlı tutuldu
25 Oktyabr 2016 / 12:14 / Baxış sayı: 970
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb. Trend Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzinə istinadən bildirir ki, oktyabrın 23-də “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu DSX əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb. Faktla bağlı əməliyyat-İstintaq tədbirləri davam etdirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə