Gürcüstan siyasətçisindən Sarkisyana etiraz
Gürcüstan siyasətçisindən Sarkisyana etiraz
02 Sentyabr 2016 / 18:43 / Baxış sayı: 782
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Ermənistan prezidenti Serj Sarqsyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqillik” günü ilə bağlı tədbirdə marionet rejimlərin rəhbərləri ilə, o cümlədən “Abxaziyanın Daxili İşlər Nazirinin müavini” Kan Taniya ilə görüşüb”. 

Qaynarinfo.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, “Avropa demokratları” partiyasının lideri Paata Davitaya bununla bağlı yaydığı bəyanatda Kan Taniyanın bu görüşün fotolarını öz “facebook” səhifəsində paylaşdığını diqqətə çatdırıb.

“Bu fakt ona görə narazılıq doğurur ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və buna baxmayaraq, seperatçı qurumun rəhbərini rəsmi qəbul edib”-deyən Davitaya Gürcüstanın Xarici İşlər Nazirliyinə lazımi ölçülər götürmək, həmçinin Ermənistan səfirini çağırıb, bununla bağlı sorğu etməyi təklif edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə