Gürcüstan ordusundakı müsəlmanlara iki günlük istirahət verildi
Gürcüstan ordusundakı müsəlmanlara iki günlük istirahət verildi
11 Sentyabr 2016 / 21:26 / Baxış sayı: 324
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qurban bayramı ilə əlaqədar Gürcüstan ordusunda xidmət edən müsəlman hərbçilərə iki günlük istirahət verilib.

Bunu “Report”a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze deyib.

Müfti bildirib ki, Gürcüstanın baş naziri Qurban bayramı münasibəti ilə orduda İslam dininə etiqad edən hərbçilərin iki gün müddətinə xidmətdən azad edilməsi barədə Müdafiə Nazirliyi qarşısında təşəbbüslə çıxış edib.

“Nazirlik bu təşəbbüsü müsbət qarşılayıb və Gürcüstanın müdafiə nazirinin əmri ilə İslam dininə etiqad edən bütün əsgərlər iki günlüyünə hərbi xidmətdən azad ediliblər”, – deyə Kamaşidze vurğulayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə