“Günəşli”də qaz fontanı alışdı, güclü yanğın başladı
“Günəşli”də qaz fontanı alışdı, güclü yanğın başladı
26 Sentyabr 2016 / 21:40 / Baxış sayı: 1028
Font1 Font2 Font3 Font4
Bizimxeber

FHN  və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb. SOCAR-dan yayılan birgə məlumatda bildirilir ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

“Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  “Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir”-məlumatda bildirilir.

Xatırladaq ki, platformada qaz fontanı ilə əlaqədar işçilər təxliyə olunub. Xəsarət alan olmayıb. İndi platformada qaz fontanının yanğına keçməsi vəziyyəti ağırlaşdırır və platformanın ciddi ziyan çəkməsi riski var.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə