“Günəşli” yatağında yanğın… – SOCAR-dan açıqlama
“Günəşli” yatağında yanğın… – SOCAR-dan açıqlama
26 Sentyabr 2016 / 13:55 / Baxış sayı: 1056
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.

Bizimxeber.az-ın SOCAR-a istinadən məlumatına görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür. Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə