“Günəşli” yatağında yanğın söndürülüb – YENİLƏNİB -RƏSMİ
“Günəşli” yatağında yanğın söndürülüb – YENİLƏNİB -RƏSMİ
27 Sentyabr 2016 / 10:06 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4
Bizimxeber
Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağında baş vermiş yanğın söndürülüb və qaz təzahürünün qarşısı alınıb. 

Bizimxeber.az Fövqəladə Hallar NaZirliyinin saytına istinadən məlumat verir. Nazirliyin yaydığı məlumatda bildirilir ki, sentyabrın 26-da “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

“Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb” – deyə, FHN-in bu gün səhər saatlarında yaydığı məlumatda bildirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə