Gülnarə Kərimovanın oğlu danışdı – “Anam sağdır”
Gülnarə Kərimovanın oğlu danışdı – “Anam sağdır”
24 Noyabr 2016 / 10:34 / Baxış sayı: 1110
Font1 Font2 Font3 Font4
Bizimxeber

Zəhərlənərək öldürüldüyü deyilən Gülnarə Kərimova barədə yeni məlumatlar yayılıb. “Qafqazinfo” xəbər verir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov “BBC Uzbek”-in suallarını cavablandırıb. O, anasının öldürülməsi ilə bağlı yayılan xəbərləri dedi-qodu adlandırıb. 

İ.Kərimov bildirib ki, anası 2014-cü ilin fevralından bu yana saxlanıldığı evdədir. 23 yaşlı İslam bacısının da ev dustaqlığında olduğunu və ölkəni tərk edə bilmədiyini deyib. Gənc oğlan onu da əlavə edib ki, özü hazırda Londondadır.

Xatırladaq ki, Özbəkistan mediası Gülnarə Kərimovanın noyabrın 5-i zəhərlənərək öldürüldüyünü və gizli şəkildə dəfn edildiyini yazmışdı.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə