Adını gizli saxlayan Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı iddia edir ki, 44 yaşlı Gülnarə Kərimova noyabrın 5-i zəhərlənərək öldürülüb və elə həmin gecə Daşkənddə yerləşən “Minor” qəbristanlığında dəfn edilib. Dəfndə şəxsən iştirak etdiyini deyən mənbənin sözlərinə görə, məzarın üstü torpaqla örtülərək gizlədilib.

Artıq sosial mediada G. Kərimovanın ölüm xəbəri yayılmağa başlayıb. Tvitterdə “Gülnarəni göstərin” adlı hesab jurnalistlərə, beynəlxalq ekspertlərə, Mərkəzi Asiyada ixtisaslaşan jurnalistlərə müraciət edərək Kərimova barədə dəqiq məlumat istəyir və Gülnarənin ən azından video müraciət etməsini tələb edir.

Xəbər ətrafındakı müəmma bununla da bitmir. Belə ki, ölüm xəbərindən qısa müddət sonra tvitterdə Gülnarə Kərimovanın adına olan hesab açılıb və köhnə fotolar yeni çəkilimiş kimi paylaşılmağa başlanıb. Aktivlik göstərən hesab sahibi hər kəsi inandırmağa çalışıb ki, Gülnarədir və ölməyib. Onu da qeyd edək ki, rəsmi Daşkənd iddialara heç bir cavab vermir.

Bizimxeber.az