Gülnarə Kərimova atasının dəfn mərasiminə gəlmədi
Gülnarə Kərimova atasının dəfn mərasiminə gəlmədi
03 Sentyabr 2016 / 18:14 / Baxış sayı: 1528
Font1 Font2 Font3 Font4
Bizimxeber

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib. “Report” xəbər verir ki, bu barədə “Fərqanə” məlumat verib. Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib. 

Məlumata görə, G.Kərimova faktiki olaraq ev dustağıdır, internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londonda yaşayır və babasının dəfn mərasiminə gəlməyib.

78 yaşlı Özbəkistan prezidentini bu gün doğma şəhəri Səmərqənddə dəfn ediblər. İ.Kərimovun vəfatı haqqında sentyabrın 2-də axşam elan olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə