Güllələnən mağaza sahibinin qatili həbs olundu-RƏSMİ
Güllələnən mağaza sahibinin qatili həbs olundu-RƏSMİ
05 Oktyabr 2016 / 16:22 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4
Bizimxeber

 

Prokurorluqdan Bizimxeber.az saytına verilən məlumata görə, paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılmışdır.

Belə ki, okyabrın 4-də saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rayon prokurorluğu və polis idarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunmuşdur. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil vermişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə