Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Gülalıyev yenə başqa xəstəxanaya köçürüldü – Yenilənib

1290 oxunma | Tarix: | 2 həftə öncə

Oktyabrın 29-da piyada xəttindən keçərkən avtomobil vuran hüquq müdafiəçisi Oqtay Gülalıyev başqa xəstəxanaya köçürülüb. O.Güləliyev əməliyyat oldunduğu “City Hospital”dan çıxarılaraq Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Onun səhhəti ilə bağlı belə bir qərarı həkimlər veriblər. O. Gülalıyevin müalicəsi bundan sonra NX-da davam etdiriləcək.

“City Hospital”dan əvvəl isə hüquqşünas 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə alırdı.

XƏBƏRLƏR:  Polis məktəbli qızın qətl xəbərini təkzib edir– Rəsmi açıqlama

Qeyd edək ki, O. Gülalıyevin düşdüyü qəza 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobilin sürücüsü Kənan Abdullayev tərəfindən törədilib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, saat 12:00 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər.

XƏBƏRLƏR:  Sosial şəbəkələrdə narkotik satan dəstənin üzvü saxlanıldı

“City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də  saat 14.35-də Oqtay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir