bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Gül və Davudoğlu “Sülh Pınarı” hərəkatından yazdı – Fotolar

1996 oxunma | Tarix: | 1 həftə öncə

Türkiyənin keçmiş prezidenti Abdullah Gül və keçmiş Baş Nazir Əhməd Davudoğlu Fərat çayının şərqində başlayan “Sülh Pınarı Hərəkatı” ilə bağlı fikirlərini bildiriblər. Məsələ ilə bağlı Gül sosial şəbəkədə yazıb: 

“Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək bölgəmizi hüzura qovuşdurmaq üçünbaşladılarn hərəkata başlayan qəhrəman ordumuzun vəzifəsini müvəffəqiyyətlə icra edib Mehmetçiyin sağ-salamat vətənə qayıtmalarını Allahdan diləyirəm. Bölgəmizdə təmin ediləcək sülhün daimiliyinin Suriyanın ərazi bütövlüyü əsas götürülərək böyük qüvvələrin qlobal hesabları və mənfəətindən asılı olmayan diplomatiya ilə də təmin edilə biləcəyi də unudulmamalıdır”.

XƏBƏRLƏR:  Rusiyanın Azərbaycanda AES tikmək istəyinə rəsmi Bakıdan reaksiya

Davdoğlu isə yazıb:  “Türk Silahlı Qüvvələrinin “Sülh Pınarı Hərəkatı”nın bölgəyə sabitlik, təhlükəsizlik gətirməsini diləyirəm. Ümid edirəm ki, bu əməliyyat Suriyadakı qardaşlarımıza da sülh və təhlükəsizlik gətirəcək. Allah hərəkata qatılan bütün əsgərlərimizi qorusun”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir