Gül Ərdoğana müxalif partiya yaradır
Gül Ərdoğana müxalif partiya yaradır
01 Dekabr 2016 / 11:40 / Baxış sayı: 1268
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin eks-prezidenti Abdullah Gül yeni partiya yaradır.

Bizimxeber.az  xəbər verir ki, bu barədə informasiyanı Akit TV özünün etibarlı mənbələrinə istinadən yayıb. Televiziya Gülün hazırda bu məsələ ilə bağlı gizli görüşlər keçirdiyini bildirib.

Partiya yaranacağı təqdirdə eks-prezidentin yanında Əhməd Davudoğlu, Bülənt Arınç, Hüseyn Çəlik, Bəşir Atalay, Əli Babacan, Məhməd Şimşək və Məhməd Əli Şahinin yer alması nəzərdə tutulub. Gül hətta bununla bağlı İordaniyada keçmiş ingilis siyasətçilərlə müzakirələr aparıb. Bu müzakirələrdə Britaniyanın keçmiş baş naziri Toni Bler də iştirak edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə