Gülənlə mübarizədə Azərbaycanın rolu danılmazdır
Gülənlə mübarizədə Azərbaycanın rolu danılmazdır
04 Avqust 2016 / 18:42 / Baxış sayı: 724
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə Ankaranın Fətullah Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bu barədə Trend-ə Türkiyə Prezident Adminstrasiyasından deyiblər.

Adminstrasiyadan qeyd ediblər: “Azərbaycan Gülən hərəkatı ilə Ankaranın mübarizəsinə mühüm töhfə verib ki, Türkiyə eyni addımı digər qardaş ölkələrdən də gözləyir. Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın Türkiyəyə dəstəyi Bakı ilə Ankara arasında qardaşlıq münasibəti olmasının əyani sübutudur”.

Adminstrasiyadan bildirilib ki, bu mübarizədə Türkiyə digər qardaş ölkələrin də dəstəyini görmək istəyir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə