Göygöldə hərbi sursat tapılıb
Göygöldə hərbi sursat tapılıb
25 İyul 2016 / 22:13 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4
Bizimxeber

İyulun 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Göygöl rayonunun Yeni Zod kəndində yerli sakinə məxsus həyətyanı sahədə partlamamış mərminin aşkarlanması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat xidmətindən Bizimxeber.az-a bildiriblər ki, məlumata əsasən, agentlikdə yaradılmış xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 1859 ədəd müxtəlif növ sursat (7 F1 əl qumbarası, 10 UZRQM əl qumbarasının zapalı, 1 VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd 5-45 çaplı avtomat gülləsi və 1 “Dyankov” əl qumbarası) aşkar edilərək götürülüb və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tapılan sursatların ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bizimxeber.az 

 

 

 

 

 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə