Göyçayda toyda kütləvi zəhərlənmə: 30-dan çox qonaq xəstəxanalıq oldu
Göyçayda toyda kütləvi zəhərlənmə: 30-dan çox qonaq xəstəxanalıq oldu
23 Avqust 2016 / 20:22 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəstələrdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər

Göyçay rayonunda keçirilən toy mərasimində qonaqlar arasında qidadan kütləvi zəhərlənmə halı baş verib. Hadisə bu gün axşam saat 18:30 radələrində rayonun Yekəxana kəndində qeydə alınıb.

Toy mərasimində meyvə şirəsi içən qonaqlardan bəzilərinin halı pisləşib və 30-dan çox adam zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına və Qaraməryəm kənd xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Xəstələrdən bir neçəsinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir. Hadisə yenicə baş verdiyi üçün zəhərlənən şəxslərin adları hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə