Göyçay Mədəniyyət və Turizm İdarəsinin müdiri haqq yığır – Qanunsuz işdən çıxarma…
Göyçay Mədəniyyət və Turizm İdarəsinin müdiri haqq yığır – Qanunsuz işdən çıxarma…
14 Sentyabr 2016 / 14:33 / Baxış sayı: 334
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ölkədə manatın devolvasiyası ilə bağlı yaranan ciddi problemlər açıq şəkildə hiss olunmaqdadır. Bütün bunlar azmış kimi, bölgələrdə məmur özbaşınalıqları da vətəndaşları daha da ciddi problemlər qarşısında qoyur.

İlin-günün bu vaxtında evinə çörək pulu aparan insanların işdən çıxarılması onun öldürülməsi anlamını verir. Bizimxeber.az-ın elektron ünvanına göndərilən şikayət məktubunda məhz bundan danışılır.

Belə ki, Göyçay rayon Çaxırlı kənd mədəniyyət evində 10 ildən artıq işləyən Əliyev İmran Paşa oğlu yazır ki, onu heç bir əsas olmadcan işdən çıxarıblar: “Heç bir əsas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən məni qanunsuz olaraq işdən çıxartdılar. Guya mən işə gəlməmişəm.

Ancaq qeyd edim ki, Çaxırlı kənd mədəniyyət evində 4 nəfər adı işdə gedən olsada heç kəs işə gəlmir. Müdir Elza Xəlilova həftədə bir dəfə gəlib mədəniyyət evinə dəyib gedir. Digər adı işdə gedən Rəşad Qasımov və Afət xanım ümumiyyətlə mədəniyyət evinin yerini belə tanımırlar. Rəşad Qasımov toylarda müğənnilik edib küllü miqdarda pul qazanır ki, heç dövlətə də vergi ödəmir.

mehti selimzadeBiz hər ay aldığımız maaşımızdan 20 manat Göyçay rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Sahib Şükürova veririk. Aylıq pulu bizdən Sahib Şükürovun müavini Nəriman Məlikov yığır. Hətta nazirlikdən qonaq gələndə bütün maaşımızı Sahib Şükürova veririk. Çaxırlı kənd Mədəniyyət evinin təmiri üçün ayrılmış 3000 manat pulu Elza Xəlilova mənimsəmişdir. Gəlib baxsınlar mədəniyyət evi uçuq sökük yararsız gündədir. Sahib Şükürov rayonda gedən abadlıq işlərində məni fəhlə kimi işlətdi, iki aylıq maaşımı bu işə görə özü götürdü ki, abadlıq üçün pul xərcləmişəm.

Göyçay rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Sahib Şükürovun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay rayonunda mədəniyyət işləri tamamilə iflic olub. Sahib Şükürov 07 avqust 2016-cı il tarixdə məni çağırıb bildirdi ki, öz ərizənlə işdən çıx. Səbəbini soruşduqda dedi ki, Çaxırlı kənd mədəniyyət evinin müdiri Elza Xəlilova ilə yola getmirsən. Həm də orta təhsilisən. Mən buna etiraz etdim ki, Elza Xəlilova özü də orta təhsillidir, həm də ona heç bir pisliyim dəyməyib.

Sonra öyrəndim ki, Göyçay rayon Mədəniyət və Turizim İdarəsinin müdiri Sahib Şükürov məni 07 avqustda qəbul edib işdən öz ərizəmlə çıxmağı təklif etsədə sən demə 01 avqustda işdən çıxarılmağım barədə əmir imzalayıbmış. 

İyun-iyul aylarında işə gəlməməyimə dair akt tərtib edib Çaxırlı kənd Mədəniyyət evinin müdiri Elza Xəlilova, adı işdə gedən özləri isə iş yerlərini tanımayan Rəşad Qasımov, Afət adlı xanım və Çaxırlı bələdiyyəsinin sədri Orucəli Qəniyev həmin akta imza ediblər. Bunların bütün işləri belə saxtadır.

Mən Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm, vətənimi, xalqımı sevən adamam. Nəinki, Göyçay rayon Çaxırlı kəndində digər kəndlərdə yerləşən mədəniyyət evləri, klublar işləmir, adı işdə gedən özləri iş yerini tanımayan işçilərin maaşları Sahib Şükürov tərəfindən mənimsənilir, işçilərin əksəriyyəti orta təhsilidir.

Mən bu qanunsuzluq və korrupsiya əmələri barədə artıq başda Prezident cənab İlham Əliyev olmaqla, Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə və digər orqanlara şikayət ərizələri ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm şikayətimdə yazdığım faktları gəlib yerində araşdırıb qanunu tədbirlər görəsiniz”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə