Gömrükdə külli miqdarda siqaret aşkarlandı
Gömrükdə külli miqdarda siqaret aşkarlandı
28 Sentyabr 2016 / 16:10 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4
Bizimxeber

Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumat görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə