Gömrük Komitəsi ləğv olunsun – Ekspertdən təklif
Gömrük Komitəsi ləğv olunsun – Ekspertdən təklif
02 Avqust 2016 / 1:17 / Baxış sayı: 960
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Belə böyük binada Vergilər Nazirliyinin tək oturması əlavə xərclər gətirəcək. Yaxşı olardı ki, bu binanın hazır olunması ilə əlaqədar çoxdan gözlənilən bir addım atılsın. Gömrük Komitəsi ləğv olunsun və Vergilər Nazirliyinin tərkibində ayrıca bir departamentə çevrilsin”.

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Vergilər Nazirliyi üçün 33 mərtəbəli binanın inşasının hansı halda effektli olacağına münasibət bildirərkən deyib.
Natiq Cəfərlinin bildirib ki, nazirlik üçün yeni binanın inşası ilə əlaqədar qərar neftin qiyməti 100 dollardan baha olanda qəbul edilmişdi: Azərbaycan höküməti belə qərarların sonradan geri oxunmasını istəmir. Bunun neqativ bir mesaj olacağını, hökümətin artıq böyük layihələr həyata keçirmək qabliyyətinin olmadığının göstəricisi olacağından çəkinərək, belə müqavilələrdən geri addım atmır. Əslində qərar çoxdan verilsə də, indi bundan imtina etmək mümkün idi. Amma görünən odur ki, geriyə addım atılmadı və Vergilər Nazirliyi üçün böyük bir binanın tikintisinə başlanılacaq”.Ekspert bildirib ki, bu qərar verilibsə, büdcəyə əlavə yük yaradılıbsa, artıq bundam necə effektli istifadə etməyi düşünmək lazımdır: “Düşünürəm ki, bütün fiksal orqanların, vergi və dövlət büdcəsi üçün çalışan orqanların bir binada toplanmasına qərar verilməlidir. Belə böyük binada Vergilər Nazirliyinin tək oturması əlavə xərclər gətirəcək. Yaxşı olardı ki, bu binanın hazır olunması ilə əlaqədar çoxdan gözlənilən bir addım atılsın, Gömrük Komitəsi ləğv edilsin və Vergilər Nazirliyinin tərkibində ayrıca bir departamentə çevrilsin.

Çünki vergi və gömrük orqanları bir-biri ilə sıx bağlıdır. Büdcənin əsas qollarını təşkil edir. Buna görə də onların bir binada toplanması və bir mərkəzdən idarə olması daha doğru olardı. Binanın tikintisi üçün pul büdcədən çıxırsa, idarəetmənin effektivliyinə də təsir göstərməlidir. Gözəl binaların olması heç nəyi həll etmir. Gözəl binalarla yanaşı, effektiv idarəetmə də olmalıdır ki, bura çəkilən xərclər ölkəyə gəlir gətirsin. Ümid edirik ki, bu prosess baş tutacaq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə