Geyimə görə toyundan imtina etdiyi deyilən gəlindən açıqlama – FOTOLAR
Geyimə görə toyundan imtina etdiyi deyilən gəlindən açıqlama – FOTOLAR
27 Sentyabr 2016 / 15:14 / Baxış sayı: 682
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən gün toyları olan “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sakinləri Elşən və Əfsanə Abduləliyevlər mətbuatda barələrində yazılanlarla bağlı Ölkə.Az-a açıqlama veriblər.

E.Abduləliyev bildirib ki, həyat yoldaşı dükanların birində geyimi bəyənmədiyi üçün başqa dükana müraciət etməli olublar:
“Burada şişirdiləsi bir şey yox idi. Sadəcə, geyimi bəyənmədi, digər dükana keçdik. Hazırda çox xoşbəxtik, hər şey də qaydasındadır. Rasim Məmmədov adlı QHT rəhbəri bizi bir aylıq evlə təmin edib. Hələ ki işsizəm. Amma sürücü kimi işə başlayacağam. Elza Seyidcahan, Niyaməddin Musayev, Gülyaz-Gülyanaq Məmmədovalar, skripkaçı Səlim Abbasov və digər tanınmış sənət adamları toyumuzda iştirak elədilər. Onlara da sizin vasitənizlə təşəkkürümü bildirirəm”.
Geyimə görə toyuna gəlməkdən imtina etdiyi deyilən Əfsanə Abduləliyeva isə əməkdaşımızla söhbətində bunları deyib:
“Mənə də çox maraqlıdır ki, bu xəbəri hansı əsasla yazıblar. Geyimə görə toydan imtina etmək ağılsızlıq olardı. Sadəcə dükanın birindən paltarı bəyənmədik, digər dükana keçdik”.
Xatırladaq ki, mətbuat geyimi bəyənmədiyinə görə Əfsanə Abduləliyevanın toya gəlməkdən imtina etdiyini yazırdı.
 
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə