Gerçək yaşayış minimumu nə qədərdir?
Gerçək yaşayış minimumu nə qədərdir?
22 Noyabr 2016 / 16:17 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4
Bizimxeber

İqtisadi Tətqiqatlar Mərkəzi ölkədə yaşayış minumunun gerçək dəyərini hesablayıb. Bizimxeber.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Qubad İbadoğlu mərkəz tərəfindən aparılmış alternativ hesablamaların nəticələrini sosial şəbəkədə paylaşıb. O bildirib ki, oktyabr ayında yaşayış minumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub:

“2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən ediləcək. Rəsmi rəqəmlərin reallığını yoxlamaq üçün İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi” nə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minumunun dəyəri hesablanıb. İTM ekspertlərinin cari ilin oktyabr ayına olan qiymətlər əsasında apardığı alternativ hesablamalara görə, yaşayış minumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub.

Göründüyü kimi, ötən aya olan yaşayış minumunun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən – əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat və 35,1 faiz çox, pensiyaçılar qrupu üzrə 69,7 manat və ya 34,9 faiz, uşaqlar üçün 123,3 manat və ya 47,5 faiz – çoxdur. Hesablamalar arasında daha böyük kənarlaşma, 2 dəfəyə yaxın fərq uşaqlar üçün yaşayış minimumun dəyərində qeydə alınıb. Uşaqlar üçün yaşayış minumunun dəyərinin yuxarı olmasınn başlıca səbəbi Azərbaycanda uşaqlar üçün qida və geyim məhsullarının baha olması ilə izah olunur.

Eyni zamanda, İTM tərəfindən aparılan gerçək hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün yaşayış minumunun dəyərində payı 58 faiz, pensiyaçılar üçün yaşayış minumunun dəyərində payı 67 faiz, uşaqlar üçün yaşayış minumunun dəyərində payı 61 faiz təşkil edib. Göründüyü kimi, ərzaq xərcləri pensiyaçıların yaşayış minumunun dəyərində daha çox paya malikdir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə