Generalın xanımı: “Hilal evdən 80 min dollar götürüb atama verdi ki…” – İTTİHAM AKTINDAN
Generalın xanımı: “Hilal evdən 80 min dollar götürüb atama verdi ki…” – İTTİHAM AKTINDAN
05 Noyabr 2016 / 14:20 / Baxış sayı: 1440
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova da “MTN işi” çərçivəsində şahid qismində dindirilib. 

Nüşabə Əsədova əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.

O, istintaqa ifadəsində bildirib ki, Hilal Əsədovla 1979-cu ildə ailə həyatı qurub, onların birgə nigahdan 1 qız övladları var, özü isə 2007-ci ildən 4 saylı uşaq poliklinikasının baş həkimidir.

Nüşabə Əsədova ifadəsində deyib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov əhali arasında “Vasmoy bazarı” kimi tanınan meyvə-tərəvəz satış mərkəzini almaq istəyib: “Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı”.

Nüşabə Əsədova ifadəsində qeyd edir ki, bazarı atası sonradan ona bağışlayıb: “Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib.  Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Ümümiyyətlə, bazarın neçəyə alındığını, nə vaxt, kimdən alındığını bilmirəm. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi”.

Generalın həyat yoldaşı istintaqa ifadəsində bazarın keçmiş sahiblərini tanımadığını deyib: “Hilalın xidməti işi bağlı ondan heç nə soruşmurdum. Onun işi ilə bağlı kimlərlə əlaqədə olduğu, ümumiyyətlə nə iş gördüyünü bilmirəm. Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Çovdarovadır və Elşən Hüseynov bazardakı 50 faizlik payını ona verib”.

İstintaqa ifadə verən Hilal Əsədov qayınatası Ənvər Məmmədov isə bildirib ki, 2005-ci ildə kürəkəni ona zəng edərək “Vasmoy bazarı” kimi tanınan meyvə-tərəvəz satış mərkəzinin 450 min dollara satılır: “Hilalla birlikdə 225 min dollar topladıq və bazarın 50 faizini Çingiz Əsədovdan aldıq. Bazar alınanda  “Maral-Veqa” MMC-nin tərkibindəydi. Bazar alınandan sonra Elşən Hüseynov “Nəzrin E” MMC-ni yaratdı. Bazarın 50 faizi Elşənin, 50 faizi isə mənim oldu.  Bir müddətdən sonra 50 faizlik payımdan 49-nu qızım Nüşabəyə bağışladım. 2007-ci ildədək bazarda direktor oldum, sonra səhhətim imkan vermədi”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə