General Zaur Abdullayev Səfərbərlik Xidmətini necə “işğal edir”?
General Zaur Abdullayev Səfərbərlik Xidmətini necə “işğal edir”?
02 Dekabr 2016 / 12:37 / Baxış sayı: 1120
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir generalın manifesti: Müəmmalı kadrı sayılan Zaur Abdullayevin karyera yüksəlişi ilə bağlı bəzi məqamlar… 

Cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib 

ANAXEBER.az-ı məlumatlandıran mənbə Səfərbərlik Xidməti daxiləindəki kadr siyasətinə, mərkəzi aparat daxilindəki münasibətlərə diqqət yetirərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev haqqında ilginc iddialar səsləndirib.

İlk öncə hazırda Səfərbərlik Xidmətinin ən sürpriz və müəmmalı kadrı sayılan Z.Abdullayevin karyera yüksəlişi ilə bağlı bəzi məqamları diqqətinizə çatdıraq. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev haqda ANAXEBER.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb”.
Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib. Z.Abdullayevin Səfərbərlik Xidməti daxilindəki əməlləri haqqında danışan mənbəmiz onun müstəsna mövqeyə sahib olduğunu bildirdi:
“Bir zamanlar Xidmət daxilində “gestapo” rolunu oynayan Daxili Təhqiqat İdarəsinin rəisi Yunis Əsgərli tam zərərsizləşdirilib və onun funksiyasını Z.Abdullayevin patronajlığı altında Şaiq Məmmədov həyata keçirir”.
Mənbənin bildirdiyinə görə məhz bu sistem nəticəsində Xidmət rəisinin birinci müavini rayon şöbələrini özündən asılı vəziyyətə salıb: “Z.Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz,Qaradağ, Xətai və digər rayon şöbələrini öz himayəsində saxlayır. Onun qəzəbinə tuş gələn “komissar”lar isə qəfil, planlaşdırılmamış yoxlamalara məruz qalır. Yaxud da Xidmət rəisinin birinci müavininin müəyyən istəklərini Bakıya çatdırmaqla bu cəza-yoxlanıçlarından bir aylıq xilas olmaq olar”.
Mənbəmiz həmçinin onu bildirdi ki, fantastik sürətlə general rütbəsi alan Z.Abdullayev həm də Xidmət daxilində Tender komissiyasının rəhbəridir: “Ancaq ədalət naminə bildirək ki, Xidmətin tender maxinasiyalarından qazancı ona çatmır. Bu gəlir tamam başqa bir ünvana yönəldilir. Baş verən qanunsuzluqlar və maxinasiyalar məhz Abdullayevin imzasıyla həyata keçirildiyi üçün onun digər əməllərinə də göz yumulur”.
Xidmət daxilindən ANAXEBER.az-a sızan məlumatlarda Z.Abdullayevin rəis postuna iddiasının da sezildiyini bildirdi. Hətta bəzi məqamlarda onun rəhbərliyə dolayısı müxaliflik etmə faktı var. Məsələn, o nədənsə narazı qalan Səfərbərlik Xidməti zabitlərinə “hər şey mənlik deyil, neyləyə bilərəm, mən rəhbər olsaydım belə etməzdim”, deməklə öz niyyətinin təbliğat sütunlarını qurur.
– Neft Şirkətindən Səfərbərlik Xidmətinə uzanan tellər;
– Departament rəhbərinin himayədarlığı;
– Yaxın qohumun adı FƏTÖ qalmaqalında;
– Son ayların rayonlardan ötürülən “haqq-hesabı”;
– Xidmət rəisinin məzuniyyətindən sui-istifadə…
Bu və digər məqamlar haqda növbəti yazımızda….
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə