General İvaşov: “Türklər Suriya əməliyatını Moskva ilə razılaşdırmayıb”
General İvaşov: “Türklər Suriya əməliyatını Moskva ilə razılaşdırmayıb”
26 Avqust 2016 / 15:01 / Baxış sayı: 848
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya və Türkiyə liderləri Suriyada hərbi əməliyyatın keçirilməsini razılaşdırmayıblar.

Virtualaz.org xəbər verir ki, bu barədə geosiyasi problemlər Akademiyasının prezidenti, istefada olan general Leonid İvaşov RİA Novosti-yə bildirib.

“Siyasətdə həqiqət payı həmişə az olur, bu məsələdə isə Türkiyə tərəfinin dediklərində ümumiyyətlə həqiqət payı yoxdur. Çünki İŞİD-lə mübarizə məsələsində türk KİV-lərinin iddia etdiyi kimi Ərdoğanla Putin arasında razılaşmanın olduğu haqda deyilənlər yalandır”-general-polkovnik İvaşov deyib.

Onun sözlərinə görə, Ərdoğanla Putin Sankt-Peterburqda baş tutan görüşdə terror təşkilatlarına qarşı mübarizənin prinsipial məsələlərini müzakirə ediblər. Bura hər şeydən əvvəl İŞİD-lə mübarizə daxil idi.

“Lakin Rusiya Türkiyə ordusunun Suriya əməliyyatına razılıq verməyib və verə də bilməzdi. Çünki Rusiya beynəlxalq hüququn normalarına və BMT-nin nizamnaməsinə ciddi əməl edir. Türkiyə isə nəyi əsas gətirirsə gətirsin, bu normaları pozmuş olur”-Rusiya generalı əlavə edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə