General Çovdarovın şok mesajı:”Polkovniki öldürdülər, sonra asdılar”
General Çovdarovın şok mesajı:”Polkovniki öldürdülər, sonra asdılar”
25 Oktyabr 2016 / 17:50 / Baxış sayı: 1258
Font1 Font2 Font3 Font4
Bizimxeber

Həbsdə olan general Akif Çovdarov ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev ölümü ilə bağlı vəkili vasitəsilə açıqlama göndərib. 

Criminal.az saytı xəbər verir ki, generalın vəkili Kamandar Nəsibov bildirib ki, A.Çovdarov ötən il dekabrın 19-da intihar etmiş İlqar Əliyevin əslində döyülərək öldürüldüyünü deyir. Çovdarovun sözlərinə görə, İ.Əliyev Bakı İstintaq Təcridxanasında əvvəl möhkəm döyülüb, öləndən sonra isə asıblar. 

Qeyd edək ki, İlqar Əliyevin barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.  O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü. 

İ.Əliyev ötən il dekabrın 20-də Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında intihar edib. Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə